|
|
 |
|
“Rusiya Qarabağ münaqişəsi ilə bağlı səylərini davam etdirir"
|
“Rusiya Ermənistan-Azərbayсan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrpunun həmsədri kimi fəaliyyət göstərir və bu çərçivədə öz səylərini davam etdirir”. Bakıda rəsmi səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev azərbaycanlı həmkarı İlham Əliyevlə baş tutan görüşdən sonra keçirilən birgə mətbuat konfransında illərdir uzanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Rusiyanın münaqişənin həlli yolunu necə görməsinə dair jurnalistlərin verdiyi sualları cavablandırarkən belə deyib.
O eyni zamanda bildirib ki, Rusiya qonşu dövlət kimi Azərbaycana hər bir mənəvi yardımı göstərməyə hazırdır.
Azərbaycan prezidenti İlham Əliyev isə rusiyalı həmkarına təşəkkürünü bildirib və Rusiya prezidentinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentləri arasında son dövrdə 6 görüşün keçirildiyini xatırladıb. /ANS PRESS/ |
|
|
Ermənilərin əhvalı korlanıb
|
Türkiyənin BMT Təhlükəsizlik Şurasına başçılıq edəcəyi ərəfədə BMT Baş Assambleyasının sessiyasında müzakirə olunacaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni qətnamə layihəsi ermənilərin əhvalını əməlli-başlı korlayıb. Rəsmi İrəvan düşdüyü böhranlı vəziyyətdən çıxmaq üçün separatçı rejimin müstəqilliyini tanıya biləcəyi ilə bağlı bəyanatlar səsləndirməklə, növbəti spekulyasiyaya cəhd edir.
Ümumiyyətlə bu gün Ermənistan siyasi qüvvələrinin Qarabağ münaqişəsinin tənzimlənməsinə müxtəlif yanaşmalar var. Serj Sarkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyası faktiki olaraq danışıqların hər vəchlə uzadılması xəttini tutub. Ermənistanın ən radikal siyasi qüvvəsi sayılan “Daşnaksütun” isə daha radikal mövqedən çıxış edir. Bu təşkilat nəinki Dağlıq Qarabağın hətta onun ətrafındakı ərazilərin belə azad edilməsinin əleyhinə çıxış edir. Bu baxımdan “Daşnaksütun”un fikri onu maliyyələşdirən dünya erməni lobbisinin mövqeyinə yaxındır. Bununla belə, “Daşnaksütun” də artıq müəyyən güzəştlərə getməyə Ətraflı>>> |
|
|
Ə.Davudoğlu: "Türkiyə cəbhə xəttində baş verənləri diqqətlə izləyir"
|
Türkiyə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı qarşıdurmaları diqqətlə izləyir. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. “Cihan” agentliyinin məlumatına görə, Qars şəhərində jurnalistlərlə görüşdə Türkiyənin xarici işlər naziri bəyan edib ki, Türkiyə bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə məsləhətləşmələr aparacaq. “Qafqazda sabitlik yalnız Azərbaycan torpaqlarının azad edilməsi ilə mümkündür. Atəşkəs rejiminin pozulması hallarına son qoymaq üçün Türkiyə bütün mümkün səyləri göstərəcək”, - deyə Ə. Davudoğlu vurğulayıb. Xatırladaq ki, Ermənistan silahlı bölmələrinin təxribat qrupu avqustun 31-də saat 16:30-da Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək, Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd edib. Hücum zamanı şiddətli atışma baş verib. Azərbaycan əsgərlərinin güclü müqaviməti nəticəsində düşmən itki verərək geri oturdulub. Döyüş zamanı Azərbaycan ordusunun iki əsgəri - Əmirov Vüqar Əmirəli oğlu və Abdullayev Pərvin Nəbi oğlu qəhrəmancasına şəhid olub. /ANS PRESS/ |
|
|
Ordumuzun iki əsgəri şəhid olub
|
Dünən saat 16.30-da Ermənistan silahlı bölmələrinin təxribat qrupu Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd ediblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu zaman şiddətli atışmalar baş verib.
Azərbaycan əsgərinin güclü müqaviməti nəticəsində düşmən 3 itki və bir neçə yaralı verərək geri oturdulub.
Döyüş zamanı Azərbaycan Ordusunun 2 əsgəri - Əmirov Vüqar Əmirəli oğlu (1991 İmişli RHK aprel 2009) və Abdullayev Pərvin Nəbi oğlu (1991 Sabirabad RHK aprel 2009) qəhrəmancasına şəhid olublar.
Allah şəhid olan əsgərlərimizə rəhmət eləsin! /ANS PRESS/ |
|
|
XİN: “Ermənistan məsələnin BMT-də müzakirəsini istəmirsə...”
|
“Rəsmi Bakı BMT Baş Assambleyasında işğal olunmuş Azərbaycan ərazilərindən məcburi köçkün düşən insanların hüquqları ilə bağlı yeni qətnamə ilə çıxış edəcək. Azərbaycan tərəfi onların hüquqlarının təmin edilməsi məsələsini beynəlxalq ictimaiyyət qarşısında qaldıracaq”. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov ANS-ə müshaibəsində belə deyib.
“Bu sənədə əsasən işğal olunmuş ərazilərdən məcburi çıxarılan insanların hüquqlarının pozulması və bu hüquqların beynəlxalq qanunvericilikdə nəzərdə tutulan qaydada təmin edilməsi məsələsi qaldırılacaq. Azərbaycan daima bu mövqedən çıxış edib. Beynəlxalq təşkilatlar və digər vasitələrlə bu acınacaqlı vəziyyət haqqında həqiqəti çatdırmaqdayıq və çatdıracağıq", deyə E. Poluxov əlavə edib.
XİN rəsmisi onu da bildirib ki, Ermənistan Dağlıq Qarabağla Ətraflı>>> |
|
|
Qubadlının işğalından 17 il ötür
|
Qubadlı rayonunun işğalından 17 il ötür. 17 iolir ki, rayonun 30 min əhalisi məcburi köçkün həyatı yaşayır. 1993- cü il avqustun sonlarında Qubadlı da işğaldan əvvəlki son günlərini yaşayırdı, rayon artıq ermənilərin əhatəsində idi. Cəbrayılın axırıncı kəndləri: Çullu, Maşanlı və Dağtumasın da düşmən əlinə keçməsi təhlükənin lap yaxınlaşdığını olduğunu göstərirdi. Gah Qafan, gah Gorus, gah da Laçın rayonu istiqamətindən hücumlar olurdu. Xocavənd rayonu ərazisindən hücuma keçən ermənilər Qubadlını işğal etmək istəyirdi. Hər dəfə də yerli özünümüdafiə dəstələrinin müqavimətinə rast gələrək, itki verib geri çəkilirdi. Ermənistan ordusu rayona doğru hərəkət etdikcə vəziyyət gərginləşirdi. Buna baxmayaraq, qubadlılılar vuruşdu. Məğlub olmaq istəməyən rayon camaatı avqustun 31-i rayonu tərk etmək məcburiyyətində qalır. Buna səbəb silahın olmaması, ordunun normal fəaliyyət göstərə bilməməsi və düşmənin kifayət qədər güclü silahlanması idi.
1993- cü il avqustun 30-da Gorusdan hücum edən Ermənistan qoşunları Yazı düzündə müqavimətlə qarşılaşsa da, Laçından maneəsiz keçib Muradxanlı kəndinə daxil olub. Qoşun hissələri Həkəri çayı boyu bütün kəndləri atəşə tutub və həmin gecə Xanlıq kəndinə qədər olan bütün yaşayış məntəqələri ermənilərin əlinə keçib. 1993-cü il avqustun 31-də hərtərəfli mühasirəyə düşmüş Qubadlının geri çəkilməkdən başqa çarəsi qalmadı.
Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəb, 10 mədəniyyət evi, 24 klub, 1 tarix - diyarşünaslıq muzeyi , 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb,talan ediblər. Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə də üz-üzə qalıb. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, “Gavur dərəsi” deyilən ərazidə isə 4-cü əsrə aid 1 qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda “Qalalı” qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb.
Qeyd edək ki, Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Qarabağ müharibəsində isə Qubadlı ümumilikdə 230 sakini şəhid verib, 146 nəfər əlil qalıb. |
| |
|
 |


Təsisçi:
Novruz Qərib
oğlu Məmmədzadə
Əlaqə telefonu:
(+994-50) 379 70 60
(+994-55) 379 70 60
(+994-70) 379 70 60
E-mail:
novruzgeriboglu@mail.ru
|
|
|