Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
Z Ə N G İ L A N
Mənə öyünməyə - Azərbaycanım,
Vəsf etməyə - Zəngilanım bəs eylər.
  |  Baş səhifə   |   Məktub yaz  |   Axtar
www.zengilan.com -------- HƏR AİLƏDƏN BİR DÖYÜŞÇÜ !!!
  · Xəbərlər
  · Ərazi
  · Əhali
  · Tarix
  · Təhsil
  · Ədəbiyyat
  · İdman
  · İqtisadiyyat
  · Hüquq
  · Şəhidlər
  · Milli Qəhrəmanlar
  · Müharibə
  · Tanınmış insanlar
  · Seyyid ocaqlarımız
  · Sənədlər
  · Bannerimiz




ILK-10 Azeri Website Directory

free counters

Bəsitçay Dövlət Təbiət Qoruğu
Bəsitçay Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonunda yaradılmışdır.
Qoruq Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində yerləşir. Qoruq ərazisinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir.
Qoruğun adı dərəsində yerləşdiyi çayın adı ilədir. Bəsitçayın adı isə monqol mənşəli olub, beysut tayfasının adını daşıyır. Görünür həmin regionda vaxtilə beysut tayfası məskunlaşmışdır.

( Babalarımız vaxtilə Çinar meşəsini göz bəbəyi kimi qoruyublar. Məsələn, Çinar meşəsi ilə əlaqədar söhbət etdiyim tanınmış ziyalı, Bakı Dövlət Universitetinin Slavyan ölkələri tarixi kafedrasının müdiri Tofiq Vəliyev arxiv materialları içərisində belə bir fakta rast gəldiyini söylədi. O, Leninqrad dövlət arxivində 1974-1975-ci illərdə işlədiyi zaman azərbaycan bəyləri, xanları və zadəganlarının girov qoyduqları və yaxud satmaq istədikləri mülklər haqqında çox maraqlı materiallara rast gəldiyini bildirdi.

O zaman bu işlə əsasən “Kəndli Torpaq Bankı” və “Zadəgan Torpaq Bankı” kimi kommersiya bankları məşğul olurmuş. XIX əsrin ikinci yarısında bu banklar hər bir mülk haqqında müvafiq quberniyaların qubernatorları tərəfindən banka təqdim olunmuş dəqiq arayışları aldıqdan sonra məsələnin müzakirəsinə diqqət yetirirmişlər. Belə məsələlərlə bağlı müvafiq arayışlardan biri də Yelizavetpol (Gəncə) Zəngəzur qəzası tərəfindən mülk haqqında olan arayış və bu mülkün sahibi general Həsən Ağalarovla bağlı idi. Bank tərəfindən general Ağalarova torpaq sahəsinin Çinar meşəsi də daxil olmaqla satılması ilə bağlə müraciət edilib. General Ağalarov sorğuya cavab olaraq mülkünü övladları arasında bölüşdürdüyünü, Çinar meşəsinin isə onun qızına məxsus olduğunu və qızının əri ilə birlikdə Fransanın Paris şəhərində Rusiya səfirliyində çalışdığını bilidirib. Ağalarov torpaq mülkünün və Çinar meşəsinin satılmasına rədd cavabı verir. Sonradan generala Çinar meşəsinin bir hissəsinin parket və çəllək düzəldilməsi üçün qırılmasına icazə verilməsi barədə yenidən müraciət edilir. Ağalarov bir daha bildirir ki, qızı da buna razı deyil. Hətta qızı razılıq versəydi də, çinarlardan birinin belə kəsilməsindən söhbət gedə bilməzdi. - Oktay Zəngilanlının "Çinar meşəsinin harayı" məqaləsimdən)



Bəsitçay respublika qoruqlarının ən kiçiyidir. Onun sahəsi 107 hektardır.
Meşə ilə örtülü sahənin əsas ağac cinsi şərq çinarıdır. Burada əsasən bir meşə tipi - müxtəlif otlu çinar meşələri formalaşmışdır.



Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə qədərdir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Əsasən Üçüncü dövr çöküntüləri yayılıb. Çay dərəsi boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli parçalanmışdır.



Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 130-dir. Illik yağıntının miqdarı 600 mm-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir.



Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları inkişaf etmişdir. Çayın yatağı boyu və kiçik terraslarda inkişaf etmiş allüvial torpaqlar əsasən çinar meşələri altındadır. Burada daşlı-çınqıllı (yüksək skeletli) ərazilər də müəyyən sahəni tutur. Bunların hamısında çinar bitir və inkişaf edir. Çünki o torpağa tələbkar deyil. Lakin çinar meşələri gillicəli, yaxşı su-fiziki xassəli və münbit torpaqlarda yüksək məhsuldarlığa və bonitetə malikdir.



Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü - şərq çinarı inkişaf edir. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın "Qırmızı Kitabı"na yazılmışdır.



Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan, və s. kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri isə 1 m-dir.



Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və s.məməlilərə, kəklik, turac, göyərçin və s. quşlara rast gəlinir.



Bəsitçay Dövlət Təbiət Qoruğunun yaradılması Azərbaycan təbiətinin nadir incilərindən olan şərq çinarının qorunması və artırılması üçün diqqətəlayiq tədbirdir



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Zəngilanlılarla görüşləri

Xəbər  Zəngilan




XANKƏNDİ
XOCALI
ŞUŞA
LAÇIN
XOCAVƏND
KƏLBƏCƏR
AĞDƏRƏ
AĞDAM
CƏBRAYIL
FİZULİ
QUBADLI
ZƏNGİLAN
20 % - (17.000 km2)



Təsisçi:
Novruz Qərib oğlu Məmmədzadə

Əlaqə telefonu:
(+994-50) 379 70 60
(+994-55) 379 70 60
(+994-70) 379 70 60

E-mail:
novruzgeriboglu@mail.ru
 
© www.zengilan.com 2007-2010.