Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
Z Ə N G İ L A N
Mənə öyünməyə - Azərbaycanım,
Vəsf etməyə - Zəngilanım bəs eylər.
  |  Baş səhifə   |   Məktub yaz  |   Axtar
www.zengilan.com -------- HƏR AİLƏDƏN BİR DÖYÜŞÇÜ !!!
  · Xəbərlər
  · Ərazi
  · Əhali
  · Tarix
  · Təhsil
  · Ədəbiyyat
  · İdman
  · İqtisadiyyat
  · Hüquq
  · Şəhidlər
  · Milli Qəhrəmanlar
  · Müharibə
  · Tanınmış insanlar
  · Seyyid ocaqlarımız
  · Sənədlər
  · Bannerimiz




ILK-10 Azeri Website Directory

free counters


Asif Əli Zərdari: “Pakistanın Dağlıq Qarabağ məsələsində mövqeyi prinsipial və dəyişməzdir”
Azərbaycanın Pakistandakı keçmiş səfiri Eynulla Mədətli diplomatik fəaliyyətinin başa çatması ilə bağlı bu ölkənin Prezidenti Asif Əli Zərdari ilə görüşüb. Səfirlikdən AzərTAc-a bildiriblər ki, görüşdə diplomat Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını, eyni zamanda bu gün İslamabadda baş verən və 150-dən çox insanın ölümü ilə nəticələnən təyyarə qəzası ilə əlaqədar dövlətimizin başçısının başsağlığını Pakistan Prezidentinə çatdırıb.

Başsağlığına və xoş arzulara görə minnətdarlığını bildirən Pakistan Prezidenti ölkələrimizin xoş və dar günlərdə birlikdə olduğunu vurğulayıb.

Pakistanda çalışdığı müddətdə Azərbaycan-Pakistan əlaqələrinin daha da inkişaf etməsi üçün səy göstərdiyini deyən diplomat, bu illər ərzində onun fəaliyyətinə Pakistan hökuməti tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib. E.Mədətli Pakistanın Dağlıq Qarabağ məsələsində göstərdiyi dəstəyin Azərbaycan üçün çox önəmli olduğunu və bundan sonra da davam etməsini arzuladığını deyib.

Pakistan Prezidenti Dağlıq Qarabağ məsələsində ölkəsinin mövqeyinin prinsipial və dəyişməz olduğunu söyləyib, bundan sonra da bu siyasətin davam etdiriləcəyini bildirib.

Diplomat Pakistan Prezidentini Azərbaycan Prezidenti İlham Əliyevin adından ölkəmizə rəsmi səfərə dəvət edib. A.Ə.Zərdari bu dəvəti məmnuniyyətlə qəbul etdiyini deyib və vurğulayıb ki, Azərbaycana səfər etmək arzusundadır. Pakistan Prezidenti E.Mədətliyə ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafında göstərdiyi səylərə görə təşəkkürünü bildirib, yeni təyinatında ona uğurlar arzulayıb.

ANS PRESS


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Zəngilanlılarla görüşləri

Xəbər  Zəngilan




XANKƏNDİ
XOCALI
ŞUŞA
LAÇIN
XOCAVƏND
KƏLBƏCƏR
AĞDƏRƏ
AĞDAM
CƏBRAYIL
FİZULİ
QUBADLI
ZƏNGİLAN
20 % - (17.000 km2)



Təsisçi:
Novruz Qərib oğlu Məmmədzadə

Əlaqə telefonu:
(+994-50) 379 70 60
(+994-55) 379 70 60
(+994-70) 379 70 60

E-mail:
novruzgeriboglu@mail.ru
 
© www.zengilan.com 2007-2010.