Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
Z Ə N G İ L A N
Mənə öyünməyə - Azərbaycanım,
Vəsf etməyə - Zəngilanım bəs eylər.
  |  Baş səhifə   |   Məktub yaz  |   Axtar
www.zengilan.com
www.zengilan.com internet səhifəmizin materiallarından istifadə etdikdə səhifəmizə istinad edilməlidir.
  · Xəbərlər
  · Ərazi
  · Əhali
  · Tarix
  · Təhsil
  · Ədəbiyyat
  · İdman
  · İqtisadiyyat
  · Hüquq
  · Şəhidlər
  · Milli Qəhrəmanlar
  · Müharibə
  · Tanınmış insanlar
  · Seyyid ocaqlarımız
  · Sənədlər
  · Bannerimiz




ILK-10 Azeri Website Directory

free counters

ZƏNGİLANIN TARİXİ
Gəlin tariximizi birlikdə yazaq

Şərqlə qərbin qovuşduğu yerdə yerləşən bölgə, ticarətdə əsas əlaqələndirici məntəqələrdən olmuşdur. Bölgənin tarixinin qədimliyini, qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. Rayonun ərazisində 60-cı illərdə təsərrüfat işləri zamanı xeyli küp qəbirlər (küp qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və e. ə. IV -II əsrlərə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir. Ətraflı>>>

Zəngilan
Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibində idi. Ətraflı>>>

Vejnəli
Vejnəli kəndinin adı ilə bağlı müxtəlif fikirlər mövcuddur.
Deyilənlərə görə ərəblər Azərbaycanı işğal eədndə Vejn İbn Əli adlı bir sərkrdə burada məskən salıb. Deyirlər ki, kənd Ətraflı>>>

Şatariz
Qədim türk boylarından olan şadılı tayfalarından bəhs edən tarixi qaynaqlar həm məkan, həm də zaman baxımından olduqca genişdir. Belə ki, ilk dəfə şumer mətnində şad sözü, Asur və Urartu qaynağında gördüyümüz şad, şadılı sözləri Ətraflı>>>

Şamlı
Tarixden melumdur ki, miladi tarixle 1034-cü ilden başlayaraq Azerbaycana selçuq adı ile tanınmış bir türk tayfası gelmeye başlamışdır. Selçuqlar bir sıra tayfalara bölünmüşler ve bunlardan bir çoxları monqol hücumu dövründe Ətraflı>>>

Xəştab
Zəngilan rayonunda iki Xəştab kəndi var – Sarallı Xəştab və Quyudərə Xəştab.
Xəştab (əslində Həştab) sözü səkkiz bulaq mənasını verir. Həştab sözündəki Həş səkkiz, tab isə bulaq və yaxud su mənasını verir. Doğrudan da Sarallı Xəştab kəndində Ətraflı>>>

Vənətli
«Dədə Qorqud» eposunun VII boyunda adı çəkilən balqar türklərini Zaqafqaziyaya b. e. ə. II yüzillikdə Bulqar Vənd adlı bir başçı gətirmişdir. Hazırda, hadisədən 2200 il keçəndən sonra Vənənd, Vənətli, Vənədi kəndləri (Ordubad, Zəngilan, Lerikdə) Ətraflı>>>

Alıbəyli
Alıbəyli - Şimali Azərbaycanın Zəngəzur mahalının Zəngilan rayonu ərazisinin Həkəri ilə Bərgüşad çaylarının qovuşduğu yerdən Araz çayına doğru istiqamətindəki axarın sağ sahilində, çayın lap yaxınlığında, Rəbənd və Sarıl kəndləri arasında yerləşən, qədim adı Tərəkəmə (San Petroqpad və ya Leninqrad şəhərindəki mərkəzi arxiv sənədlərinə əsasən) olan kənd. Ətraflı>>>

Şərifan
Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq 1974-cü və 1979-cu illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya şöbəsi tədqiqat aparmışdır. Arxeoloji qazıntı işləri zamanı məlum olub ki, ərazi arxeoloji və memarlıq abidələri ilə zəngindir.
Burada "Şəhri Şərifan" adı ilə tanınan bir orta əsr şəhərinin xarabalıqları aşkar olunmuşdur. Ətraflı>>>

Məmmədbəyli
Məmmədbəyli kəndində olan türbənin girişi üstündə olan və nəsx xətti ilə yazılmış bir kitabə vardır. Bu kitabədə deyilir ki, bu türbə 704-cü ildə Ramazan ayında (1305) Məhəmməd əl-xacənin qəbri üstündə tikilmişdir.
Türbə dövrümüzə qədər salamat gəlib çatan abidələrdəndir. Ətraflı>>>


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Zəngilanlılarla görüşləri

ZəngilanIH

Xəbər  Zəngilan

Cinar TV

Cinar FK




İşğal olunmuş torpaqlarımıza həsr olunmuş saytlar
ÜMUMİ
XANKƏNDİ
XOCALI
ŞUŞA
LAÇIN
XOCAVƏND
KƏLBƏCƏR
AĞDƏRƏ
AĞDAM
CƏBRAYIL
FİZULİ
QUBADLI
ZƏNGİLAN
20 % - (17.000 km2)



Təsisçi:
Novruz Qərib oğlu Məmmədzadə

Əlaqə telefonu:
(+994-50) 379 70 60
(+994-55) 379 70 60
(+994-70) 379 70 60
(+994-77) 379 70 60

E-mail:
novruzgeriboglu@mail.ru
 
© www.zengilan.com 2007-2012