|
|
 |
|
Həmsədrlər cəbhədəki silahlı insidentlərlə bağlı bəyanat yayıblar
|
ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhə xəttində baş verən silahlı insidentlərlə bağlı bəyanat yayıblar. Qurumun rəsmi saytında yerləşdirilən bəyanatda qeyd olunur ki, həmsədrlər sentyabrın üçüncü ongünlüyündə Vaşinqtona, daha sonra Nyu-Yorka səfər edəcəklər.
Səfərin məqsədi BMT Baş Assambleyasının kluarlarında münaqişə tərəfləri ilə işi davam etdirməkdir: “Bu intensiv fəaliyyət dövründə həmsədrlər bütün tərəfləri atəşkəs barədə razılaşmaya əməl etməyə, səbr nümayiş etdirməyə, tərəqqiyə nail olmağa imkan verəcək kompromis ruhunu möhkəmləndirmək üçün bütün mümkün addımları atmağa, qızışdırıcı xarakterli açıq bəyanatlar verməkdən çəkinməyə, ciddi dialoqun başlanması üçün siyasi iradə nümayiş etdirməyə çağırıblar”.
Vasitəçilər həmçinin insanların günahsız yerə həlak olmasından təəssüflənir və nazirlərin Almatı bəyanatını xatırlatdaraq bildirirlər ki, güc tətbiqi Ətraflı>>> |
|
|
Müdafiə Nazirliyi: “Cəbhədə gərgin vəziyyət davam edir”
|
Cəbhədə gərgin vəziyyət yenə də davam edir. Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 5-də saat 11.15-dən 11.35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 07.25-dən 08.15-dək, 19.00-dan 19.25-dək, 20.45-dən 21.25-dək, sentyabrın 6-da 00.40-dan 01.15-dək, 00.45-dən 00.55-dək, 01.00-dan 01.20-dək, 03.45-dən 04.15-dək və 04.10-dan 04.30-dək Tərtər rayonunun Çiləbürt, Göyarx, Seysulan, Qızıl Oba kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 13.00-dan 13.15-dək və sentyabrın 6-da saat 02.35-dən 02.55-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.50-dən 23.05-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.30-dan 15.00-dək, sentyabrın 6-da saat 03.30-dan 04.00-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. /ANS PRESS/ |
|
|
“Rusiya Qarabağ münaqişəsi ilə bağlı səylərini davam etdirir"
|
“Rusiya Ermənistan-Azərbayсan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrpunun həmsədri kimi fəaliyyət göstərir və bu çərçivədə öz səylərini davam etdirir”. Bakıda rəsmi səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev azərbaycanlı həmkarı İlham Əliyevlə baş tutan görüşdən sonra keçirilən birgə mətbuat konfransında illərdir uzanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Rusiyanın münaqişənin həlli yolunu necə görməsinə dair jurnalistlərin verdiyi sualları cavablandırarkən belə deyib.
O eyni zamanda bildirib ki, Rusiya qonşu dövlət kimi Azərbaycana hər bir mənəvi yardımı göstərməyə hazırdır.
Azərbaycan prezidenti İlham Əliyev isə rusiyalı həmkarına təşəkkürünü bildirib və Rusiya prezidentinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentləri arasında son dövrdə 6 görüşün keçirildiyini xatırladıb. /ANS PRESS/ |
|
|
Ermənilərin əhvalı korlanıb
|
Türkiyənin BMT Təhlükəsizlik Şurasına başçılıq edəcəyi ərəfədə BMT Baş Assambleyasının sessiyasında müzakirə olunacaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni qətnamə layihəsi ermənilərin əhvalını əməlli-başlı korlayıb. Rəsmi İrəvan düşdüyü böhranlı vəziyyətdən çıxmaq üçün separatçı rejimin müstəqilliyini tanıya biləcəyi ilə bağlı bəyanatlar səsləndirməklə, növbəti spekulyasiyaya cəhd edir.
Ümumiyyətlə bu gün Ermənistan siyasi qüvvələrinin Qarabağ münaqişəsinin tənzimlənməsinə müxtəlif yanaşmalar var. Serj Sarkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyası faktiki olaraq danışıqların hər vəchlə uzadılması xəttini tutub. Ermənistanın ən radikal siyasi qüvvəsi sayılan “Daşnaksütun” isə daha radikal mövqedən çıxış edir. Bu təşkilat nəinki Dağlıq Qarabağın hətta onun ətrafındakı ərazilərin belə azad edilməsinin əleyhinə çıxış edir. Bu baxımdan “Daşnaksütun”un fikri onu maliyyələşdirən dünya erməni lobbisinin mövqeyinə yaxındır. Bununla belə, “Daşnaksütun” də artıq müəyyən güzəştlərə getməyə Ətraflı>>> |
|
|
Ə.Davudoğlu: "Türkiyə cəbhə xəttində baş verənləri diqqətlə izləyir"
|
Türkiyə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı qarşıdurmaları diqqətlə izləyir. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. “Cihan” agentliyinin məlumatına görə, Qars şəhərində jurnalistlərlə görüşdə Türkiyənin xarici işlər naziri bəyan edib ki, Türkiyə bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə məsləhətləşmələr aparacaq. “Qafqazda sabitlik yalnız Azərbaycan torpaqlarının azad edilməsi ilə mümkündür. Atəşkəs rejiminin pozulması hallarına son qoymaq üçün Türkiyə bütün mümkün səyləri göstərəcək”, - deyə Ə. Davudoğlu vurğulayıb. Xatırladaq ki, Ermənistan silahlı bölmələrinin təxribat qrupu avqustun 31-də saat 16:30-da Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək, Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd edib. Hücum zamanı şiddətli atışma baş verib. Azərbaycan əsgərlərinin güclü müqaviməti nəticəsində düşmən itki verərək geri oturdulub. Döyüş zamanı Azərbaycan ordusunun iki əsgəri - Əmirov Vüqar Əmirəli oğlu və Abdullayev Pərvin Nəbi oğlu qəhrəmancasına şəhid olub. /ANS PRESS/ |
|
|
Ordumuzun iki əsgəri şəhid olub
|
Dünən saat 16.30-da Ermənistan silahlı bölmələrinin təxribat qrupu Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd ediblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu zaman şiddətli atışmalar baş verib.
Azərbaycan əsgərinin güclü müqaviməti nəticəsində düşmən 3 itki və bir neçə yaralı verərək geri oturdulub.
Döyüş zamanı Azərbaycan Ordusunun 2 əsgəri - Əmirov Vüqar Əmirəli oğlu (1991 İmişli RHK aprel 2009) və Abdullayev Pərvin Nəbi oğlu (1991 Sabirabad RHK aprel 2009) qəhrəmancasına şəhid olublar.
Allah şəhid olan əsgərlərimizə rəhmət eləsin! /ANS PRESS/ |
|
|
|
 |


Təsisçi:
Novruz Qərib
oğlu Məmmədzadə
Əlaqə telefonu:
(+994-50) 379 70 60
(+994-55) 379 70 60
(+994-70) 379 70 60
E-mail:
novruzgeriboglu@mail.ru
|
|
|